Fransanın daxili işlər naziri Jerar Kollon bəyan edib ki, polis şəhər küçələrində namaz qılınmasına mane olacaq.
Naizirin sözlərinə görə, Paris şəhərətrafının küçələrində kütləvi dini mərasimlər qadağan olunub.
Qeyd olunur ki, bu qərar bir müddət əvvəl Paris yaxnlığındakı Klişi-la-Qarenn qəsəbəsində baş vermiş insidentlə bağlıdır.
Noyabrın 10-u burada 100-ə yaxın mer, millət vəkili və məmur yürüş keçirərək kütləvi dini ayinlərin ləğv olunmasını tələb edib. Yürüş zamanı onlar Fransa himnini səsləndirərək kütləvi namaz qılanlara mane olmağa çalışıb.