Paravani keçidində hər cür nəqliyyat vasitəsinin hərəkəti qadağandır
Paravani keçidində hər cür nəqliyyat vasitəsinin hərəkəti qadağandır, – Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti xəbər verir.
Agentliyin məlumatına görə, qadağaya səbəb çətin meteoroloji şərait, qar fırtınası və görmə məsafəsinin aşağı olması olub.
“Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun, km94-km110 (Paravani keçidi) daxili əhəmiyyətli hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, – məlumatda deyilir.