Paravani dağ keçidində qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti bərpa edilib
Paravani dağ keçidində qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti bərpa edilib

 
Paravani dağ keçidində qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti bərpa edilib-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

“Həyata keçirilən təmizləmə işləri nəticəsində, Koda-Partxisi-Manqlisi-Tsalka-Ninotsminda respublika avtomobil yolunun 94 km-147-ci km hissəsində qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti bərpa edilib”-Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunub.