Paravani dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumata əsasən, mürəkkəb meteoroloji şəraitlə (çovğun, şaxta, görmə məsafəsinin pisləşməsi) əlaqədar Koda-Partxisi-Manqlisi-Tsalka-Ninotsminda respublika avtomobil yolunun 94 km-110-cu km hissəsində (Paravani dağ keçidi) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
“Bu avtomobil yolunun 110 km -147-ci km (Paravani-Ninotsminda) hissəsində qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş 22-dən çox oturacağı (sürücü oturacağı istisna olmaqla) olan avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun 1 km-94-cü km (Koda-Aiazma) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”- məlumatda qeyd olunub.