Paravani aşırımında yüngül nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Paravani aşırımında yüngül nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, dövlət əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda daxili yolunun 95-ci kilometrindən 104-cü kilometirnədək olan hissəsində (Paravani aşırımı) yüngül avtomobillərin hərəkəti sərbəstdir.

Qar və qar fırtınası təhlükəsi səbəbindən, həmin hissədə hər gün saat 18:00-dan 10:00-dək qoşqulu, yarımqoşqulu nəqliyyatın hərəkəti qadağandır. Sutkanın qalan hissəsində isə nəqliyyatın hərəkəti sərbəstdir.

“Sözü gedən rejimlə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası altında həyata keçiriləcək” – deyə Avtomobil Yolları Departamentində bildirirlər.

Onların verdiyi məlumata görə, yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.