Çətin meteoroloji şərait səbəbindən (çovğun, məhdud görünürlük), daxili əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Ninosminda yolunun km94-km110 (paravani aşırımı) hissəsində bütün növ avtonəqliyyatın hərəkəti qadağandır.
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
İdarənin məlumatına görə, yolun başqa hissələrində avtonəqliyyatın hərəkəti azaddır.