Paravani aşırımında avtonəqliyyatın hərəkəti bərpa olundu
Paravani aşırımında avtonəqliyyatın hərəkəti bərpa olundu

Paravani aşırımında avtonəqliyyatın hərəkəti bərpa olundu. Bu barədə məlumatı Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Aparılan təmizləmə işləri nəticəsində, daxili dövlət əhəmiyyətli Koda-Patsxisi-Manqlisi-Tslka avtomobil yolunun km94-km131 (Paravani aşırımı) hissəsində bütün növ avtonəqliyyatın hərəkəti bərpa olunub”, – məlumatda deyilir.