Paravani aşırımında avtonəqliyyatın hərəkəti bərpa olundu
Paravani aşırımında avtonəqliyyatın hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən,aparılan intensiv təmizləmə işləri nəticəsində, daxili əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Ninosminda yolunun km94-km110 hissəsində avtonəqliyyatın hərəkəti bərpa olundu.

Bununla yanaşı, elə həmin hissədə küləyə görə,  yedəkli, yarım-yedəkli avtonəqliyyatın hərəkəti qadağandır. Yolun başqa hissələrində avtonəqliyyatın hərəkəti azaddır.