Paravani aşırımı və Kutaisi-Bağdati-Abastumani-Benara yol hissələrində hər cür nəqliyyatın hərəkəti qadağandır
Paravani aşırımı və Kutaisi-Bağdati-Abastumani-Benara yol hissələrində hər cür nəqliyyatın hərəkəti qadağandır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilən məlumata görə, çətin meteoroloji şəraitlə (qar, qar fırtınası, görmə məhdudluğu) Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunda nəqliyyatın hərəkəti məhduddur.  Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Eyni zamanda, daxili əhəmiyyətli Kutaisi-Bağdati-Abastumani-Benara avtomobil yolunun 90 km-lik hissəsində (Kanobili) kənar işıq ötürmə dirəkləri zədələnərək uçub. Bu hissənin və məişət əhəmiyyətli Abastumani-Kanobili yolunu təmizləmək mümkün olmadığından qeyd olunan hissələrdə hər cür nəqliyyatın hərəkəti qadağandır.