Para Cüdo | Bağdavadze ikiqat dünya çempionudur, Qamcaşvili isə bürünc medal qazandı #1TVSPORT
Bu gün Tbilisidə Para-Cüdo üzrə Dünya Çempionatı start götürüb. Qızıl medalı hazırkı dünya çempionu Saba Bağdavadze (J1 81 kq), bürünc medalı isə Qiorqi Qamcaşvili (J1 70 kq) qazanıb.
Hualinq Plazada keçirilən turnirdə 44 ölkənin 312 para-idmançısı medallar uğrunda mübarizə aparır.
Para-Cüdo üzrə Dünya Çempionatı Gürcüstan İdman Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə keçirilir.