Papuna Marqvelidze - meteoroloji şəraitlə əlaqədar olaraq axtarış işləri dayandırılmayıb, ərazinin torpaq kütləsindən təmizlənməsi işləri aparılır
Fəlakət zonasında xilasetmə işləri itkin düşən vətəndaşlarımızı tapmaq üçün cüzi nəzəri imkan olana qədər davam edəcək – Racanın qubernatoru Papuna Marqvelidze bildirib.
“Artıq 18-ci gündür təbii fəlakət nəticəsində itkin düşən vətəndaşların axtarışları davam etdirilir. Bu vaxta kimi 27 vətəndaşın cəsədi çıxarılıb. Hazırda həm təbii fəlakətin episentrində, həm də Şovi kurort zonasında, yatağın formalaşması və mövcud adaların ağır texnika ilə işlənməsi istiqamətində işlərin aparıldığı Çançaxa və Rioni çaylarının məcralarında itkin düşmüş 6 vətəndaşın axtarışları davam etdirilir. Ölən 27 nəfərdən 25-nin şəxsiyyəti müəyyən edilib, DNT analizi prosedurlarına ehtiyac var. Axtarış sahəsi 60 kilometrdən çoxdur. Xilasetmə əməliyyatları itkin düşən vətəndaşlarımızı tapmaq üçün ən kiçik nəzəri şans olana qədər davam edəcək.
Meteoroloji şəraitlə əlaqədar axtarış işləri dayandırılmayıb. Sürüşmənin olduğu ərazidə hələ də kiçik bir torpaq sahəsi qalıb ki, orada işlər davam edir. Torpaq kütləsi təmizlənir ” – Racanın qubernatoru bildirib.