Papuna Marqvelidze - fəlakət zonasında axtarış əməliyyatları vətəndaşların tapılması üçün kiçik nəzəri şans olana qədər davam etdiriləcək
Racanın qubernatoru Papuna Marqvelidzenin sözlərinə görə, Şovidə, fəlakət zonasında, Şoviyə yaxın ərazidə işləniləsi bir neçə yer qalıb.
Onun sözlərinə görə, Rioni vadisində axtarış işlərinin aparıldığı ərazi genişləndirilib.
“İtkin düşmüş 33 vətəndaşdan indiyədək 26-nın cəsədi tapılıb, itkin düşən 7 vətəndaşın axtarışları davam etdirilir. Ölənlərdən 23-nün şəxsiyyəti müəyyən edilib. Gürcüstanın Baş nazirinin tapşırığına əsasən, vətəndaşların tapılması üçün cüzi nəzəri şans olana qədər axtarış tədbirləri davam etdiriləcək. Şovi kurortu ərazisində bir neçə yer qalıb, yaxın günlərdə həmin yerlərə də baxılacaq. Axtarış işləri davam etdiriləcək, Rioni çayının vadisində perimetr genişləndirilib və bütün itkin düşən vətəndaşlar tapılana qədər ağır texnika da işləyəcək”, – Racanın qubernatoru bildirib.
“Bütün perimetri öyrəndikdən sonra nə edəcəklər” sualına Marqvelidze belə cavab verdi:
“Biz bütün aidiyyatı qurumlarla koordinasiyadayıq və müvafiq məlumatı yoxladıqdan sonra işimizi davam etdirəcəyik”, – deyə Papuna Marqvelidze bildirib.
Bundan başqa, Racanın qubernatorunun dediyi kimi, Qlola kəndində su təchizatı işlərinə başlanılıb və yəqin ki, bu gün kəndə su verilişi bərpa olunacaq.
Avqustun 3-də Şovidə sürüşmə baş verib.