Papuna Lejava Milli Bankın Şurası üzvü vəzifəsindən istefa verir. Bu barədə Papuna Lejava “Facebook” səhifəsində məlumat yayıb.
O, Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə noyabrın 21-dən şuranın üzvü vəzifəsindən istefa verməsi barədə ərizə ilə müraciət edib.
Bundan əlavə, Papuna Lejava Milli Bankda qurumun vitse-prezidenti vəzifəsini də tutur.