Papuna Lejava - larinin məzənnəsinə və ehtiyatlarımızın artmasına miqrantların effekti təsir edir, eləcə də, görünür larinin möhkəmlənməsi gözləntisi daha çox əmanətçini xarici valyutadan lariyə keçirib
Məzənnəyə və ehtiyatlarımızın doldurulmasına miqrantların effekti və pul axını təsir edir, eləcə də son zamanlar əmanətlərin lariyə çevrilməsi tendensiyası qeydə alınır -bu barədə Gürcüstanın Milli Bankının vitse-prezidenti Papuna Lejava açıqlayıb.
O, larinin möhkəmlənməsi gözləntisinin daha çox əmanətçini xarici valyutadan lariyə keçirdiyini bildirib.
“Milli Bankın müdaxilələri az olsaydı, valyuta daha çox möhkəmlənərdi, hərçənd düzgün siyasətdir, bizdə belə müvəqqəti amillər , iqtisadiyyata müvəqqəti daxilolmalar varkən- və biz hələ də bu amili müvəqqəti olaraq qəbul edərkən- ehtiyatlar yığılmalıdır ki, oxşar tipli axın olarkən kifayət etsin. Pandemiya zamanı oxşar nümunə qeydə alındı, Milli Bank bir il ərzində bir milyard dollar ehtiyat xərclədi. Məzənnəyə və ehtiyatlarımızın doldurulmasına miqrantların effekti və pul axınının təsir etməsindən başqa son vaxtlar əmanətlərin lariyə çevrilməsi tendensiyası müşahidə olunur. Görünür, larinin möhkəmlənməsi ilə bağlı gözləntilər daha çox əmanətçini xarici valyutadan lariyə keçirib, bu da məzənnəyə təsir göstərir”-deyə Lejava açıqlayıb.