Papa Fransisk Cənubi Sudanlı siyasi liderlərin ayaqlarına qapandı [Video]

Papa Fransisk Cənubi Sudanlı siyasi liderlərin ayaqlarına qapandı.

Vatikana iki günük səfər zamanı, keçmişdə bir-birlərinə qarşı müharibə edən Afrika dövlətinin siyasi şəxsləri katolik dünyasının dini rəhbəri ilə görüşdülər. Görüş zamanı Roma Papası hər bir siyasətçinin önündə diz çökdü və ayaqlarına qapandı.

Bu presedentsiz yolla Papa Fransisk tərəfləri vətəndaş müharibəsinin eskalyasiyasından baş qaçırdmağa çağırdı.

“Sizi qardaş olaraq, sülhü qorumağa şağırıram, sülhə doğru addımlar atın” – dedi Papa.

Cənubi Sudan prezidenti Salva Kiiri və onun rəqibi və qarşı çıxan qüvvələrin lideri Riekmaçar, illərdir bir-biri ilə müharibə edirlər.

2013-cü ildə bu qarşıdurma ölkəyi vətəndaş müharibəsinə doğru apardı və o illər ərzində 400 000 nəfər həlak oldu.

Keçən il tərəflər sülh razılaşması imzaladılar və beləliklə, Sudanda vətəndaş müharibəsi başa çatdı.