Pandemiyaya görə tədbiq olunan requlasiyaların pozulmasına görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə amnistiya aid olacaq
Pandemiyaya görə tədbiq olunan requlasiyaların pozulmasına görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə amnistiya aid olacaq

Pandemiyaya görə tədbiq olunan requlasiyaların pozulmasına görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə amnistiya aid olacaq, – bu barədə Gürcüstanın başı naziri, İrakli Ğaribaşvili bu gün keçirilən brifinqdə bəyan etdi.

Elə onun dediyinə görə, requlasiyaların pozulmasına görə cərimələnən vətəndaşlar cinayət məsuliyyətindən, eləcə də inzibati cərimədən azad olunacaqlar.

Bununla yanaşı, baş nazirin bəyan etdiyinə görə, qeyd olunan təşəbbüs artıq Parlamentə təqdim olunub.

“Bu gün Parlamentə iki qanunlayihə təqdim olundu, hansı da pandemiyaya görə tədbiq olunan requlasiyaların pozulmasına görə, inibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aiddir. Qeyd olunan təşəbbüs çərçivəsində, amnistiya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə, eləcə də inzibati cərimədən 245 mindən artıq vətəndaş və 344 hüquqi şəxs azad olunacaq. Söhbət izolasiya, karantin və maskanın taxılmasına tədbiq olunan qaydan pozulmasına görə ödəniləsi olan 76 milyon laridən gedir. Bu qərarı biz sözsüz ki, pandemiya ilə əmələ gələn ağır sosial iqtisadi durumu nəzərə alaraq qəbul etdik.

Pandemiya dövründə, yaxşı başa düşürük ki, bir çox vətəndaşımız və biznes ziyan gördü. 2020-ci il çox çətin il idi və qeyd olunan cərimələr onlar üçün əlavə yükdür. Sözsüz ki, biz başa düçürük ki, virusun idarəsi zamanı vacib idi və vacibdir requlasiyaların qorunması. Halbuki, həmçinin çox önəmlidir ilk növbədə vətəndaşlarımızın durumunun yüngülləşdirilməsi və bu təşəbbüsdə məhz elə bundan irəli gəlir. Beləliklə, bir daha Parlamentimizə minnətdarlığımı bildirmək istəyirəm. Komandamız ilə kommunikasiyam vari idi, təbiidir ki, siyasi şura ilə, çoxluqla və qeyd olunan təşəbbüs yaxın günlərdə qəbul olunub təsdiq olunacaq”, – Ğaribaşvili bəyan etdi.