Pakistanın Kvetta şəhərində dəmiryol vağzalında baş verən partlayış nəticəsində azı 24 nəfər ölüb, 40-dan çox adam yaralanıb

11:21, 09.11.2024

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində azı 24 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Bu barədə “Reuters” agentliyi yerli polis və hakimiyyət orqanlarına istinadən xəbər verir.

Bəlucistan polisinin nümayəndəsinin sözlərinə görə, terrorçu-kamikadze özünü dəmiryol vağzalında partladıb.

Bəlucistan polisinin baş müfəttişi bildirir ki, hücumun hədəfi Piyada Hərbi Akademiyasının şəxsi heyəti olub. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Partlayış qatar Pişəvərə yola düşərkən baş verib. Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Bəlucistan Pakistanın cənub-qərb hissəsində resursla zəngin bir əyalətdir. Separatçı döyüşçülər onilliklərdir ki, sözügedən vilayətin ayrılması üçün mübarizə aparırlar.

Oxşar