Pakistanın Kohat şəhərində partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 31 nəfər həlak olub, hücuma görə məsuliyyəti “Taliban”la əlaqəli yerli qruplaşma öz üzərinə götürüb
Pakistanın Kohat şəhərində partlayıcı maddələrlə dolu avtomobil partlayıb, bu da 31 nəfərin həyatına son qoyub. Məlumatı “Deutsche Welle” yayır.
Yerli polisin məlumatına görə, Əfqanıstan sərhədi yaxınlığında, məscid və polis binasının yaxınlığında partlayışı intiharçı terrorçu törədib.
“Döyüşçülərin hücumu və intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində hazırkı vaxta olan məlumata görə, ən azı 31 nəfər, o cümlədən 16 polis əməkdaşı həlak olub, 100-dən çox insan isə yaralanıb”, – polis əməkdaşı bildirib.
Rəsmi qurum qeyd edir ki, intiharçı terrorçu terror aktını məsciddə polislər, onların yaxınları və dinc sakinlər ibadət edərkən törədib.
Medianın məlumatına görə, ən azı iki hücumçu əraziyə girməyə cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri silahlı döyüşçülərə atəş açıb.
Hücuma görə məsuliyyəti “Taliban”la əlaqəli yerli qruplaşma öz üzərinə götürüb.