Pakistanda silahlı şəxslər 22 nəfəri öldürüb
Pakistanda silahlı şəxslər 22 nəfəri öldürüb

 

Pakistanda silahlı şəxslər 22 nəfəri öldürüb. Yayılmış məlumata görə, hadisə ölkənin cənub-qərbində, Bəlucistan əyalətində, Musa Xel ərazisində baş verib. Hücum edən şəxslər magistral yolda hərəkət edən avtomobilləri saxlayıb və sərnişinlərin şəxsiyyət məlumatlarını yoxladıqdan sonra Pəncab bölgəsindən olan şəxsləri güllələyiblər, onların avtomobillərini yandırıblar.

Hücuma görə məsuliyyəti hərbiləşdirilmiş “Bəluc Azadlıq Ordusu” öz üzərinə götürüb.

Hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşları 12 hücumçunu zərərsizləşdirib. Qruplaşma son 24 saat ərzində müxtəlif bölgələrdə dövlət idarələrinə də hücumlar təşkil edib və nəticədə Kalatda beşi təhlükəsizlik işçisi olmaqla 11 nəfər həlak olub. Bəlucistanda daha 6 cəsəd tapılıb.