Paxulani kəndinin deputatının sözlərinə görə,işğalçı qüvvələrin nümayəndələri səhərdən etibarən heç bir işə başlamayıblar
Paxulani kəndinin deputatının sözlərinə görə,işğalçı qüvvələrin nümayəndələri səhərdən etibarən heç bir işə başlamayıblar

 

Paxulani kəndinin majoritar deputatı,munisipalitetin sakrebulosunun üzvü,Data Kukavanın sözlərinə görə, dünən işğalçı qüvvələrin nümayəndələri akasiya ağacından hazırlanmış dirəkləri   Tsğouşi kəndinə yaxın ,dırnaq arası nəzarət-buraxılış məntəqəsinin yanına aparıblar.

Data Kukavanın Gürcüstanın Birinci Kanalına bildirdiyi üzrə, onlar hələlik heç bir işə başlamayıblar,  nə də ki, materialı  kəndin digər ərazisinə aparmayıblar.

Deputatın sözlərinə görə, səhərdən rus əsgərlərinin hərəkəti də müşahidə olunmur.

Rusiyanın işğalçı qüvvələri dünən işğal altındakı Qali rayonunun Saberios  kəndi və Tsalenjixa Munisipalitetinin Paxulani kəndi  arasındakı ,dırnaq arası sərhəddə ağac dirəklər aparıblar.

Ehtimal ki, Rusiyanın işğalçı qüvvələri qanunsuz  çəkilmiş tikanlı məftilləri yeniləməyi planlaşdırırlar.

 

Hazırladı-Sevinc Mustafayeva