Paata Mancqaladze -yaxşı olar ki, İvanişvili siyasətə qayıtsın və şəxsən məsuliyyət götürsün
Paata Mancqaladze -yaxşı olar ki, İvanişvili siyasətə qayıtsın və şəxsən məsuliyyət götürsün

 
Müxalif deputat Paata Mancqaladzenin fikrincə, Bidzina İvanişvilinin siyasətə qayıtması və məsuliyyəti öz üzərinə götürməsi daha yaxşı olardı.

Paata Mancqaladze baş nazir İrakli Ğaribaşvilinin bugünkü bəyanatına sözügedən şərhlə münasibət bildirir. Onun sözlərinə görə, oliqarxlaşma və qeyri-formal idarəçilikdən söhbət gedərkən Bidzina İvanişvili sanksiyaya məruz qalma şanslarının yüksək olduğunu görürsə, sanksiyalardan xilas olmaq üçün formal mövqelər tuta, rəsmi toxunulmazlıqdan yararlana bilər.

“Yaxşı olar ki, Bidzina İvanişvili siyasətə qayıtsın və canişin əvəzinə deyil, ölkədən qaçan yüzlərlə insanın, yoxsulluğun astanasında olan yüzlərlə uşağın məsuliyyətini öz üzərinə götürsün. Bütün bunlara konkret ad versək məsuliyyət daşıyan Ğaribaşvili və Kobaxidze deyil, Gürcüstan ÜDM-nin 35 faizindən çoxuna sahib olan milyarder İvanişvilidir. Bu cür insan soyğunçuluqla məşğul olur. Siyasətə qayıtması önəmlidir”- deyə Mancqaladze bildirib.