Paata Mancqaladze - parlament fəaliyyətini dayandırırıq, boykota keçirik, mandatı buraxırıq, çünki mandatın buraxılması sonuncu formadır
Parlamentin fəaliyyətini dayandırırıq, boykota keçirik, konstitusiya dəyişikliyinin qəbul olunması üçün mandatı buraxırıq, 12 bəndlik tövsiyə var, mandatın buraxılması sonuncu formadır-bu barədə “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze açıqlayıb.
O, hazırda “Gürcü Arzusu”nun hərəkətlərinin başqa yol qoymadığını bildirib.
“Dünən dırnaq arası məhkəmə tərəfindən faktiki olaraq üçüncü prezident Saakaşvilinin öldürülməsi barədə qərar qəbul edilərkən bu, əvvəlcədən elan edilmiş ölüm xronikası deməkdir. Biz bunu heç nə etmədən qəbul edə bilmərik. Bu, bizim üçün məcburi addımdır. Bizim üçün Avropaya inteqrasiya, 12 bəndlik tövsiyəni yerinə yetirmək bu gün də əsasdır, hərçənd “Gürcü Arzusu” əməkdaşlığa heç bir yer qoymur və radikal olan biri varsa, bu “Gürcü Arzusu”dur, çünki insanları öldürürlər. Külək əkən tufan biçər. Bu gün “Gürcü Arzusu”nun liderlərini məmnun simalarla görəcəksiniz, onlar müxalifətin burada olmayacağına sevinəcəklər, ancaq bir neçə ay keçəcək, xalq sevinəcək, çünki xalq iqtidarı geri qaytaracaq. Parlamentin fəaliyyətinə gəlincə, biz dayandırırıq, yəni ümumi fəaliyyət planı ilə bağlı ümumi müxalifət razılaşması əldə olunana qədər boykota keçirik. Təəssüf ki, əgər belə bir razılaşma olmazsa, “Quruculuq Strategiyası” müstəqil qərar qəbul etmək və “Gürcü Arzusu” na qarşı müqavimətin formaları barədə müstəqil qərar vermək hüququnu özündə saxlayır” -deyə Mancqaladze açıqlayıb.
Paata Mancqaladze bildirir ki, “Quruculuq Strategiyası” vahid cəbhənin tərəfdarıdır.
“Biz vahid müxalifət cəbhəsinin tərəfdarıyıq. Mandat məsələsinə gəlincə, bu, zaman məsələsidir və hakimiyyətə rahatlıq yaratmağa yox, onun güzəştə getməsi üçün siyasi böhran yaratmağa xidmət etməlidir. Əgər müxalifət birliyi olmazsa, “Quruculuq Strategiyası” müstəqil şəkildə mübarizəni davam etdirəcək. Mübarizə formalarına biz qərar verəcəyik. Konstitusiya dəyişikliyinin qəbul olunması üçün mandatı buraxırıq, 12 bəndlik tövsiyə var. Mandatın buraxılması sonuncu formadır, bundan sonra küçə və vətəndaş qarşıdurmasıdır. Mümkün qədər bu dəqiqələrdə də vətəndaş qarşıdurmasından qaçırıq, istəmirəm, mandatı buraxdıqdan sonra küçə qalır. Küçə mi istəyirsiniz?” -deyə Mancqaladze açıqlayıb.