Paata Mancqaladze - müxalifət partiyaları növbədənkənar sessiya çağırmaq üçün prezidentə müraciət etmək istəyirik, konstitusiya dəyişikliyini, məhkəmələr, antikorrupsiya idarəsinin yaradılmasını müzakirə edə bilərik
“Strategiya Aqmaşenebelinin” üzvü, Pata Mancqaladzenin sözlərinə görə, müxalifət növbədənkənar sessiya çağırmaqla prezidentə müraciət etmək niyyətindədir.
Mancqaladzenin bəyan etdiyi kimi, müxalifət bu məsələ ilə bağlı konkret addımlar atmağa hazırdır.
“Müxalifət partiyaları növbədənkənar sessiya çağırmaq üçün prezidentə müraciət etmək istəyirik. Gündəlikdəki məsələlər artıq müəyyənləşidirilib – konstitusiya dəyişikliyini, məhkəmələr, antikorrupsiya idarəsinin yaradılmasını müzakirə edə bilərik. Bu, namizəd statusu üçün tələbdir. Biz bu məsələlərlə bağlı konkret addımlar atmağa hazırıq. 38 deputatın imzası tələb olunur və daha çox imza olacaq. Əgər növbədənkənar sessiyanın çağırışında məsələ çoxluq tərəfindən bloklanarsa və kvorum yaradılmazsa, biz hər halda qeyri-hökumət təşkilatları ilə birgə işi davam etdirəcəyik və təklif olunan bütün məsələlərlə bağlı qanunvericilik paketlərimiz olacaq”, – Paata Mancqaladze bəyan etdi.