Paata Mancqaladze - "Milli Hərəkatda" normal proses gedir, partiyalar arasında polarizasiya daxili demokratiyanı xarakterizə edir
“Milli Hərəkatda” normal proses gedir, partiyalar arasında polarizasiya daxili demokratiyanı xarakterizə edir, – bu barədə “Strategiya Ağmaşenebelinin” üzvü, Paata Mancqaladze bəyan etdi.
Mancqaladzenin sözlərinə görə, indi “Milli Hərəkatda” yeniləşmə prosesi gedir.
“Düşünmürəm ki, “Milli Hərəkatın” dağılması yaxşı olacaq. Çünki çünki güclü müxalifət cəbhəsi güclü müxalifət partiyalarsız formalaşa bilməz. Əgər qərb ölkələrinə, o cümlədən “Respublikaçılar Partiyasına” baxsanız, bu partiyalarda da proseslər elə polarizasiya olunubdur ki, təəccüblənərsiniz. Buna görə, qarışadan fil yaratmayın. “Milli Hərəkatın” başqa problemi var, Tramp şəklində “Respublikaçılar Partiyasının” başqa. Mənim baxışımla, indi “Milli Hərəkatda” yeniləşmə prosesi gedir. İnsanlar var ki, mövcud menecmentdən razıdır və insanlar var ki, bundan narazıdır və dəyişikliklər istəyir, bu adi prosesdir”, – Mancqaladze bəyan etdi.