Paata Mancqaladze - Mixeil Saakaşvili sərbəst hərəkət edə bilmir, lakin mənəvi cəhətdən güclüdür
Paata Mancqaladze - Mixeil Saakaşvili sərbəst hərəkət edə bilmir, lakin mənəvi cəhətdən güclüdür

 

“Quruculuq Strategiyası”nın üzvlərindən biri Paata Mancqaladze “Vivamed” klinikasında Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini ziyarət edib.

Mancqaladzenin də qeyd etdiyi kimi, Saakaşvili sərbəst hərəkət edə bilmir və o sabiq prezidentin mənəvi cəhətdən güclü olduğunu qeyd edib.

“Mixeil Saakaşvili ilə bir saat danışdıq, sistem köçürülürdü. Mən həkim deyiləm, lakin zahiri müşahidəmə görə, adam zəifdir və sərbəst hərəkət edə bilmir, lakin açıq şəkildə deyə bilərəm ki, daxilən, mənəvi cəhətdən güclüdür. O, çox əmindir və Ukraynanın qələbəsinə inanır, həmçinin gürcü xalqının Avropaya inteqrasiya prosesinə nail olacağına inanır.

Köçürülməyə gəlincə, şəxsi həkimlərin, vəkillərin bizə dediyinə görə, ona qoyulmuş diaqnozdan irəli gələrək Gürcüstanda müvafiq, adekvat tibbi xidmətin tam təmin edilməsi mümkün deyil. Məhz bu səbəbdən onun xaricə köçürülməsi məsələsi gündəmə gətirilib. Təbii ki, mən Gürcüstan parlamentinin üzvü kimi bu təşəbbüsü dəstəkləyirəm, çünki biz lazımi tibbi xidmət göstərə bilmədiyimiz üçün 21-ci əsrdə üçüncü prezident həbsxanada, hətta xəstəxanada dünyasını dəyişməməlidir. Siyasi mövzular haqqında danışmadıq, o, Avropaya inteqrasiya və Ukrayna məsələlərindən danışdı”-deyə Paata Mancqaladze bildirib.