Paata Mancqaladze - Medvedev və onun kimi savadsızlar bilməlidirlər ki, Gürcüstanın 3000 illik dövlətçilik tarixi var, Gürcüstan xristianlığı dövlət dini kimi qəbul edəndə Moskvanın yerinə bataqlıq var idi
Rusiya çox çətin vəziyyətdədir, çünki supergüc olduğunu iddia edirdi, lakin Ukraynada, bir sıra cəbhələrdə ciddi ziyan və uğursuzluqla üzləşdiyi ortaya çıxdı-bu barədə “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze bildirib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” və Xarici İşlər Nazirliyi Gürcüstanın nəyi təmsil etdiyi və hansı tarixi daşıdığı barədə heç olmasa açıqlama verməlidir.
“Çarəsiz Medvedevə Ukraynadakı məğlubiyyəti Gürcüstan və digər ölkələr haqqında danışmaqla kompensasiya etməkdən başqa nə qalıb. O, heç tarixi bilmir və rus imperiya təfəkkürünü təmsil edir. Medvedev və onun kimi savadsızlar bilməli və kimsə onlara başa salmalıdır ki, Gürcüstanın 3000 illik dövlətçilik tarixi var, Gürcüstan xristianlığı dövlət dini kimi qəbul edəndə Moskvanın yerinə bataqlıq var idi . Üstəlik, Gürcüstanda “Pələng dərisi” yazılanda ruslar papualılar kimi meşədə qaçırdılar. Yaxşı olardı ki, Rusiyadakı çox saylı gürcülər, mən Xubuti kimi adamlardan danışıram, heç olmasa Medvedevə elementar tarixi izah etsinlər. “Gürcü Arzusu” və Xarici İşlər Nazirliyi Gürcüstanın nəyi təmsil etdiyi və hansı tarixi daşıdığı barədə heç olmasa bir bəyanat verməlidir” – deyə Mancqaladze bildirib.
Dimitri Medvedevin sosial şəbəkəsində Gürcüstanın “qeyri-mövcud” dövlət adlandırıldığı status dərc edilib, Kremldə Medvedevin səhifəsinin sındırıldığını açıqlayıblar.