Paata Mancqaladze - Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir, lakin heç nə etməyən və Avropaya inteqrasiya prosesinə mane olan hökumətə layiq deyil
Paata Mancqaladze - Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir, lakin heç nə etməyən və Avropaya inteqrasiya prosesinə mane olan hökumətə layiq deyil

Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusuna layiqdir, lakin heç nə etməyən və Avropaya inteqrasiya prosesinə mane olan hökumətə layiq deyil, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının liderlərindən biri, Paata Mancqaladze bəyan etdi.

Onun dediyinə görə, namizəd statusu “Gürcü Arzusunun” heç nəyinə lazım deyil və hələ bir danışırlar ki, oradan fayda yoxudr, çünki onlar üçün Gürcüstan Bidzina İvanişvilinin bostanıdır.

“Aksiyomadır, yaxşıya da pisə də hakimiyyətin məsuliyyətidir. Namizəd statusunu gözləyən asosiyasia üçlüyündən Gürcüstan lap geridədir. Risk var ki, Azərbaycan-Ermənistan qrupuna keçək. Bu, “Gürcü Arzusunun” yaradıcılığının nəticəsidir. Qabaqcıl idik və indi Avroasiya Liqasına keçdik. Təəssüfləndiricir və mən heç də sevinmirəm”, – Paata Mancqaladze bəyan etdi.