Paata Mancqaladze -"Gürcü Arzusunun" başladığı proses bizə şans qoymur ki, orada iştirak edək, Avropalı partnyorlarımız məlumatlandırmışıq
Paata Mancqaladze -"Gürcü Arzusunun" başladığı proses bizə şans qoymur ki, orada iştirak edək, Avropalı partnyorlarımız məlumatlandırmışıq

“Strategiya Ağmaşenebelinin” üzvü, Paata Manjqaladzenin bəyan etdiyinə görə, onlar Avropa İttifaqının tövsiyələrinin icrası ilə bağlı fəaliyyət planını dəyişməyəcəklər. Elə onun dediyinə görə, Avropa Parlamentinin deputatlarına məlumat verdilər, nəyə görə onlar “Gürcü Arzusu” ilə işçi qrupuna qoşulmurlar.

Mancqaladzenin dediyi kimi, onlar imitasiya proseslərində iştirak etməyəcəklər.

“Bu görüşlərdən sonra fəaliyyət planımıza yenidən baxacağıq ya yox? Təbiidir ki, yox. Biz Avropa Parlamentinin deputatlarını məlumatlandırdıq, çünki “Gürcü Arzusunun” başlatdığı proses, mən cilovsuz anti-qərb, anti-milli və anti-gürcü kampaniyasını nəzərdə tuturam, bizə imitasiya proseslərində iştirak etmək şansını qoymur. Avropa Parlamentinin deputatlarına məlumat verdik. Biz bu yalana ona görə qatılmırıq ki, “Gürcü Arzusunun” nümayəndələri Avropaya yox, Rusiyaya doğru gedirlər. “Gürcü Arzusunun” qurduğu siyasi sistem və qeyri-rəsmi idarəçilik, Avropa demokratiyasından daha çox Rusiya bataqlığında daha əlverişli mühit tapır”, – Paata Mancqaladze bəyan etdi.