Paata Mancqaladze - "Gürcü Arzusu" üçün nə prezidentin vetosu, nə də Venesiya Komissiyasının iradları heç nə ifadə etmir
Paata Mancqaladze - "Gürcü Arzusu" üçün nə prezidentin vetosu, nə də Venesiya Komissiyasının iradları heç nə ifadə etmir

 
“Gürcü Arzusu” üçün nə prezidentin vetosu, nə də Venesiya Komissiyasının iradları heç nə ifadə etmir ,onlar yalnız öz siyasi maraqlarına – səlahiyyətin möhkəmlənməsinə xidmət edirlər-bu barədə “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze Gürcüstanın Birinci Kanalına Venesiya Komissiyasının bəyanatından danışarkən bildirib.

Mancqaladzenin sözlərinə görə, prezident və Venesiya Komissiyası tərəfindən bu qanunlayihənin qəbul edilməməsi ilə bağlı kifayət qədər arqument var.

“Müddətlər uzadılıb, şəxslərin dairəsi genişlənib, bu, standart sayılmır, çünki hakimiyyətə daha çox insanı dinləmək imkanı verilir ki, bu da əsas problem hesab olunur. Qanunlayihə dörd-beş gün ərzində qəbul edildi. “Gürcü Arzusu” kiməsə ev tapşırığı verib və onlar bunu yerinə yetirməyiblər, bildiyiniz üzrə prezident bu qanunlayihəyə veto qoyub. Fikrimcə, prezident və Venesiya Komissiyası tərəfindən bu qanunlayihənin qəbul edilməməsi ilə bağlı kifayət qədər arqument var. “Gürcü Arzusu” üçün nə prezidentin vetosu, nə də Venesiya Komissiyasının iradları heç nə ifadə etmir ,onlar yalnız öz siyasi maraqlarına – səlahiyyətin möhkəmlənməsinə xidmət edirlər. Bidzina İvanişvilinin təhlükəsizliyini qorumaq üçün, onlara dinləmələr üçün şəxslərin dairəsini genişləndirmək lazım idi”- deyə Mancqaladze bildirib.

Avqustun 26-da Venesiya Komissiyası dinləmələrlə bağlı qanunlayihə haqqında təcili rəyini dərc edib. Venesiya Komissiyası Gürcüstanda dinləmələr haqqında qanunlayihənin tələsik qəbul edildiyini bildirir və bunun üzərində əlavə işlərin aparılmasına zərurət olduğunu əlavə edir.