Paata Mancqaladze - Emiqrantlarımıza seçkilərdə iştirak hüququnun verilməməsi ikiqat ədalətsizlikdir
Paata Mancqaladze - Emiqrantlarımıza seçkilərdə iştirak hüququnun verilməməsi ikiqat ədalətsizlikdir

 
“İslahatlar Qrupu” siyasi qrupunun üzvü Paata Mancqaladze, xaricdə yaşayan gürcü emiqrantlara Gürcüstanda gedən proseslərdə iştirak hüququnun verilmədiyini bildirir.

“Emiqrantlarımıza seçkilərdə iştirak hüququnun real olaraq verilməməsi ikiqat ədalətsizlikdir. Gürcüstan vətəndaşının ölkədə münasib şərait olmadığından ölkəyə bir tikə çörək pulu göndərmək üçün vətənini, ailəsini tərk etməyə məcbur qalması bir ədalətsizlikdir. Gürcüstanda bu insanlara layiqli iş yerlərinin yaradılmaması “Gürcü Arzusu” üçün böyük məsuliyyətdir.

Ölkədən gedən insanlara ölkədə real dəyişikliklərdə iştirak hüququnun verilməməsi ikinci ədalətsizlikdir. Bu o deməkdir ki, onlar seçkilərdə iştirak edə bilməzlər. Ən azı bir milyon insanın ölkədən kənarda olması fonunda , seçkilərdə 12 min insan iştirak edə bilir. Belə davam etmək olmaz! Biz nəyisə dəyişməliyik. Adi bir sualdır, xaricdə 50 seçki məntəqəsi açırıq və 1 milyon insan 50 məntəqədə necə qeydiyyatdan keçməlidir və ya seçkidə iştirak etməlidir? Emiqrantların ölkədən qaçmaması və onların seçkilərdə iştirak etmək hüququnun olması vacib məsələdir”- Paata Mancqaladze interpelyasiya qaydası ilə xarici işlər nazirinin dinlənildiyi plenar iclasda açıqlayıb.