Paata Mancqaladze bu gün müxalifət partiyalarının konstitusiya dəyişiklikləri ilə bağlı iclas keçirəcəyini açıqlayıb
Paata Mancqaladze bu gün müxalifət partiyalarının konstitusiya dəyişiklikləri ilə bağlı iclas keçirəcəyini açıqlayıb

 

“Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze bu gün müxalifət partiyalarının konstitusiya dəyişiklikləri məsələsi ilə bağlı müzakirə aparmaq üçün iclas keçirəcəyini, bundan sonra isə onların yekun mövqeyinin açıqlanacağını bildirib.

Paata Mancqaladze aşağı seçki həddi ilə tam proporsional sistem və prokurorun seçilməsi prosedurunun birgə müzakirə edilməli və qəbul edilməli olması düşüncəsindədir.

“Saat ikidə müxalifət partiyalarının iclası var, biz bu məsələni müzakirə edəcəyik və yekun mövqeyi sizə deyəcəyik. İndiyə qədərki mövqeyimiz “Gürcü Arzusu” ilə konstitusiya dəyişikliyinin birlikdə müzakirə olunması və qəbul edilməsi üçün razılaşmaqdan ibarətdir. İlk başdan Şarl Mişelin sənədi əsasında aşağı seçki həddi ilə tam proporsional sistem və prokurorun seçilməsi proseduru razılaşdırıldığı kimi, biz bütün ilkin mövqelərə qayıtmağa və bu məsələyə olduğu kimi baxmağa razılaşdıq. Əgər “Gürcü Arzusu” hərəkətə keçsə və bu gün biz müxalif həmkarlar ilə razılaşsaq, konstitusiya düzəlişlərinin iflasa uğramaması üçün kifayət qədər səs olacaq” -deyə Paata Mancqaladze bildirib.