Paata Mancqaladze - belə çıxır ki, Soso Topuridze müxalifət tərəfindən 200 min lari xərcləməklə məşğuldur və "Gürcü Arzusunun" həyata keçirdiyi korrupsiyaya səs çıxarmır
Təəccüblənirəm, elə bilirdim bu insan monastra getdi və günahlarına tövbə edirdi, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının üzvü, Paata Mancqaladze Soso Topuridze barəsində söhbət edərkən bəyan etdi.
Onun dediyinə görə, Soso Topuridzenin bəyanatından təəccüblənibdir.
“Əgər bu barədə həqiqətən bəyan edibsə və feyk deyilsə, təəccüblüyəm. Bu insan müxalifət tərəfindən 200 min lari xərcləməklə məşğuldur və “Gürcü Arzusunun” həyata keçirdiyi korrupsiyaya səs çıxarmır ki, Samtrediya-Qriqoleti yolunun yalnız bir tenderindən 95 milyon götürdülər. Bu barədə danışmır və sən demə nəsə məbləğlərdən danışır. Təəccüblənirəm, elə bilirdim bu insan monastra getdi və günahlarına tövbə edirdi”, – Mancqaladze bəyan etdi.
Konstitusiya Təhlükəsizlik Departamentinin keçmiş yüksək vəzifəlisi, Soso Topuridze sosial şəbəkədə yazdı:” hakimiyyət barəsində nə deyim, müxalifət xalqın xərcinə həyat qurdu, müxalifət üzvləri haradaydınız, Nika Meliya belə yüksək maaaş təyin edəndə”.