Paata Mancqaladze - 2024-cü ildə "Gürcü Arzusu"nun siyasi hökmünün vaxtı yetişəcək
2024-cü ildə “Gürcü Arzusu”nun siyasi hökmünün vaxtı yetişəcək, biz qisas almağa hazırlaşmırıq, amma Rusiya ilə əlaqəsi olan hər kəsdən cavab istəniləcək, bu barədə “Quruculuq Strategiyası”nın üzvü Paata Mancqaladze bildirib.
Paata Mancqaladzenin qeyd etdiyi kimi, seçki sistemi proporsional olsaydı, “Gürcü Arzusu” əvvəlki seçkiləri də uduzardı.
“İrakli Ğaribaşvili 2014-cü ildə “Milli Hərəkat”ın radarlardan itdiyini və o vaxtdan “Gürcü Arzusu”nun “Milli Hərəkat”a qarşı mübarizə apardığını elan edib. Əgər əsas gündəm hələ də “Milli Hərəkat”dırsa, o necə yoxa çıxdı? Əsas müxalifət qüvvəsi “Milli Hərəkat”dır, amma biz partiyalara qapılmaq istəmirik və hər kəsin iştirak imkanının olduğu bir kampaniyaya başlayırıq. 2024-cü ildə “Gürcü Arzusu”nun siyasi hökmünün vaxtı yetişəcək . Biz qisas almaq fikrində deyilik, amma Rusiya ilə əlaqəsi olan hər kəsdən cavab tələb olunacaq. Əgər seçki sistemi proporsional olsaydı, “Gürcü Arzusu” əvvəlki seçkilərdə də uduzardı”, – Paata Mancqaladze bildirib.