Paata İmnadze - Yeni ili maksimal olaraq, evdə keçirək, nənə-babalarımıza qonaq getməkdən baş qaçırdaq
Paata İmnadze - Yeni ili maksimal olaraq, evdə keçirək, nənə-babalarımıza qonaq getməkdən baş qaçırdaq

Xəstəliklər nəzarətinin milli mərkəzinin rəhbər müavini Paata İmnadze əhaliyi yeni ili evlərində keçirməyə çağırdı.

“Yeni ili maksimal olaraq, evlərimizdə keçirək, nənə-babalarımıza qonaq getməkdən baş qaçırdaq. Təəssüf ki, bu yeni il hamımız üçün fərqli olacaq, çünki o bizə yaxınlarımızı görməyi qadağan edir” – dedi Paata İmnadze.

Paata İmnadze qeyd etdi ki, vaksinasiyaya baxmayaraq, tibbi maska və sosiyal məsafənin qorunması hər zamankindən daha önəmlidir.

“Ümid edirəm ki, bu il pandemiyanın dünyayı qarışdırdığı son ildir. Vaksinasiyanın başlamasına baxmayaraq, hələlik, dünya əhalisinin sadəcə 0.04 faizi vaksinasiya edilib. Halbuki koronavirusun adi mövsum virusuna çevrilməsi üçün, dünya əhalisinin 60-7- faizinin vaksinasiyası tələb olunur,” – dedi Paata İmnadze.