Paata İmnadze - Testlərin iki dəfə artmasına baxmayaraq, infeksiyanın yayılması dayandırılıb
Paata İmnadze - Testlərin iki dəfə artmasına baxmayaraq, infeksiyanın yayılması dayandırılıb

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze hesab edir ki, koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlər öz nəticəsini göstərdi və iki həftədən sonra, infeksiyanın yayılma templəri azaldı.

Paata İmnadzenin Koordinasiya Şurasının iclasından sonra verdiyi bəyanata görə, tesdəşdirmənin iki qat artmasına baxmayaraq, ölkədə infeksiyanın yayılmasının göstəriciləri artmır və bu da deməkdir ki, virus dayandırılıb.

Paata İmnadze bəyan edir ki, ölkənin səhiyyə sistemi infeksiyalıların böyük sayı qarşısında dayana bildi.

“Məhdudiyyətlərdən sonra, iki həftənin nəticəsini görürük ki, testlərin iki qat artmasına baxmayaraq, infeksiya hallarının artması dayandırılıb. Sistemimiz infeksiya hallarının artmasına dayana bildi.

Məhdudiyyətlər olmasa, proqnozlar çox pis idi və sistemimiz virusun qarşısında dayan bilməzdi. Hələlik stabilizasiya görürük. Virus dayandırılıb. İki həftədir ciddi artım yoxdur. Əsas nəticə budur” – dedi Paata İmnadze.