Paata İmnadze: Gürcüstanda hər il dengue virusunun idxalı halları baş verir, lakin ölkəmizdə virusun yayılması üçün real risk mövcud deyil
Paata İmnadze: “Gürcüstanda dengue virusunun yerli halları heç vaxt qeydə alınmayıb. Hər il idxal olunmuş hallar olur, bəzən ildə səkkizə qədər ola bilər.”
O bildirib ki, dengue virusu ilə diaqnoz qoyulmuş xəstə artıq sağalıb və öz ölkəsinə qayıdıb.
Paata İmnadze həmçinin vurğulayıb ki, Gürcüstanda dengue virusunun yayılması üçün real risk yoxdur.
“Əsas odur ki, bizdə yerli yoluxma qeydə alınmayıb. Məsələn, Cənubi Avropa ölkələrində artıq yerli hallar qeydə alınıb və bu, vektor vasitəsilə ötürülən xəstəlikdir. Yəni vektor yoxdursa, yayılma baş verməyəcək. Xəstə artıq sağalıb. Xəstəxanada, harada müalicə olunubsa, dezinfeksiya işləri aparılıb, yəni həşəratlara qarşı tədbirlər görülüb. Bu, adi protokoldur. Ölkəmizdə dengue virusunun yayılması üçün real risk yoxdur,” – deyə İmnadze bildirib.
İavşvili adına Uşaq Mərkəzinin tibbi direktoru Ivane Çxaidze isə bugün bildirib ki, Gürcüstanda dengue virusu qeydə alınıb.