Ozurgetidə güclü külək bir neçə binanı və elektrik xətlərini zədələdi
Ozurgetidə güclü külək bir neçə binanı və elektrik xətlərini zədələdi

Əlverişsiz hava şəraiti və güclü külək Ozurgetidə problemlər yaratdı. Bir neçə binaya, eləcə də elektrik xətlərinə ziyan dəydi.

Dolidze küçəsində yerləşən beşmərtəbəli binanın damını külək tamamilə uçurdu. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ozurqeti Meriyasının mətbuat xidmətinin məlumatına görə, ziyanın miqdarını xüsusi komissiya müəyyən edəcək.

“Ozurqeti şəhərinin meri, Avtandil Talakvadze təbii fəlakətdən zərər çəkmiş ərazilərə baş çəkdi və munisipal xidmətlərinə müvafiq tapşırıqlar verdi. Hazırda merin nümayəndələri kəndlərdə vəziyyətlə yerində tanış olurlar. Ozurqedti Meriyası ilə birlikdə bütün müvafiq xidmətlər səfərbər olunublar və fövqladə rejimdə işlərini davam etdirirlər. Kəndlərin bir hissəsinə artıq elektrik enerjisinin ötürülməsi bərpa olunub”, – Ozurqeti Meriyasının mətbuat xidmətinin rəhbəri, Nino Baxtadze bəyan etdi.