Ozurgetidə yerli özünüidarəetmə seçkiləri sakit bir mühitdə, kovid tənzimləmələrə uyğun olaraq keçirilir.
Dairə seçki komissiyası sədrinin sözlərinə görə, indiyədək heç bir şikayət daxil olmayıb.
“Bütün seçki məntəqələri açıqdır, səsvermə kovid qaydalar nəzərə alınmaqla sakit bir mühitdə keçirilir. Komissiya üzvləri xüsusi qalxanlar, əlcəklər, maskalarla təchiz olunduqdan sonra gələn bütün seçicilər özlərini təhlükəsiz hiss edəcəklər və seçiciləri gəlməyə çağırıram, administrasiya seçkiləri mümkün qədər təhlükəsiz keçirtmək üçün qayğı göstərdiyi üçün kovid epidemiyadan qorxmayın. İndiyə qədər heç bir şikayət daxil olmayıb. Bütün seçki məntəqələrində əmin-amanlıq var” dedi Ozurqeti Dairə Seçki Komissiyasının sədri Berdia Lomidze .
Ozurqetuidə biri xüsusi seçki məntəqəsi olan 33 seçki məntəqəsi açıldı. Ümumilikdə 60502 seçici qeydiyyatdan keçib. Seçki prosesini yerli və beynəlxalq müşahidəçilər izləyir.