Özünüməşğulluğun təşviqi qrant proqramı çərçivəsində məcburi köçkünlər və ekomiqrantlar üçün müraciətlərin qəbuluna başlanılıb
Məcburi köçkünlərin, Ekomiqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi özünüməşğulluğun təşviqi qrant proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb. Müraciətlər oktyabrın 26-ı da daxil olmaqla qəbul olunacaq.
Agentlikdən verilən məlumatda bildirilir ki, məcburi köçkünlər və ekomiqrantlar 2000 lari dəyərində alətləri özləri seçəcəklər ki, bu da onlara öz bizneslərini qurmağa və ya genişləndirməyə kömək edəcək.
“Peşə liseylərini bitirmiş məcburi köçkünlər və peşə fəaliyyəti hər hansı sənədlə təsdiq edilən ekomiqrantlar və məcburi köçkünlər proqramda iştirak edə bilərlər. Məcburi köçkünlərin peşə fəaliyyətini dəstəkləmək və gəlir mənbəyi yaratmaq məqsədilə onlara alət və avadanlıqlar veriləcək. Bu mərhələdə proqram çərçivəsində 100 məcburi köçkün şəxs maliyyələşdiriləcək.
Qrant proqramında iştirak etmək istəyənlərin müraciətləri agentlikdə və onun ərazi bölmələrində aşağıdakı ünvanlarda qəbul edilir: Tbilisi, Tamaraşvili küç, N15a, Qori, Sameba küç. N1; Rustavi, Kostava küç. N20; Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106. Müraciəti agentliyin rəsmi elektron poçtuna – [email protected] ünvanına göndərmək mümkündür” -deyə məlumatda qeyd olunub.