Özəl maarifləndirmə təşkilatlarından birinin direktoru kommersiya rüşvəti və saxta rəsmi sənədlər hazırlamaq faktı üzrə məsuliyyə cəkb olundu
Özəl maarifləndirmə təşkilatlarından birinin direktoru kommersiya rüşvəti və saxta rəsmi sənədlər hazırlamaq faktı üzrə məsuliyyə cəkb olundu

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, kommersiya rüşvəti və saxta rəsmi sənədlər hazırlamaq-sırımaq faktı üzrə, Sameqrelo-Zemo Svaneti bölgəsində,müttəhim şəklinndə bir nəfəri məsuliyyətə cəlb etdilər.

İstintaq xidmətinin məlumatına görə, istintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs, özəl təhsil təşkilatlarından birinin direktoru kimi, şəxsi qeyri-qanuni maddi fayda əldə etmək məqsədilə müvafiq hazırlıq kursunu keçmədən, 3 000 lari müqabilində, vətəndaşa güya tibb bacısı üçün üç illik hazırlıq kursunu bitirdiyi üçün sertifikat verdi.

İstintaq Cinayət Məcəlləsinin 4 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 221-ci maddəsinin 3-cü və 362-ci hissələri ilə aparılır.