Özbəkistanın Baş naziri Şovidə baş vermiş faciə ilə əlaqədar İrakli Ğaribaşvili və gürcü xalqına başsağlığı verir
Özbəkistanın Baş naziri Şovidə baş vermiş faciə ilə əlaqədar İrakli Ğaribaşvili və gürcü xalqına başsağlığı verir

Özbəkistanın Baş naziri Abdulla Aripov Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə Şovidə baş verən sürüşmə nəticəsində həlak olanlarla bağlı başsağlığı verir.

“Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olanlarla bağlı dərin hüznlə başsağlığımızı bildiririk. Özbəkistan hökuməti adından və şəxsən öz adımdan Sizə və dost gürcü xalqına dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların yaxınlarına başsağlığımı çatdırmağınızı xahiş edirəm, həmçinin bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”-deyə Özbəkistanın Baş nazirinin başsağlığı məktubunda deyilir.