Ov tüfənglərinin, o cümlədən kombinəedilmiş odlu silahların ballistik yoxlama müddəti avqustun 1-dək uzadılıb
Ov tüfənglərinin, o cümlədən kombinəedilmiş odlu silahların ballistik yoxlama müddəti avqustun 1-dək uzadılıb

 
Ov tüfənglərinin, o cümlədən kombinəedilmiş odlu silahların məcburi qaydada ballistik yoxlama müddəti uzadılıb və 2024-cü ilin avqustun 1-i müəyyən edilib. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun izahatına əsasən, silahın sahibi ballistik yoxlama məqsədi ilə 2023-cü ilin avqustun 1-dək adına qeydiyyatda olan ov tüfəngini, o cümlədən kombinəedilmiş odlu silahı xidmət agentliyinə təqdim etmək öhdəliyi daşıyır.

“Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə qeyd olunan öhdəliyin yerinə yetirilməyəcəyi təqdirdə, silahın alınması (saxlanılması və gəzdirmək hüququ ilə) icazəsi, qeydiyyat və qeydiyyat nəticəsində verilmiş silahın qeydiyyat şəhadətnaməsi heç bir hüquqi qüvvəyə malik olmayan sənəd hesab ediləcək və silah sahibinin Gürcüstanın İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olacaq.

Silahın sahibi ballistik yoxlama üçün təyin olunmuş rüsumdan azad edilir”- Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.