Otmar Karas - Ukraynaya qarşı müharibə Gürcüstanın işğalı ilə başladı, ikinci addım Krımın ilhaqı oldu və indi üçüncü addım atıldı, biz bundan dərs almalıyıq
Avropa İttifaqının sülh, daha yaxşı dünya, azadlıq və insan hüquqları, ərazi bütövlüyü və suverenlik üçün çalışan bir cəmiyyət olduğu tamamilə aydındır-bu barədə Avropa Parlamentinin birinci vitse-prezidenti Otmar Karas bildirib.
Otmar Karas Avropa İttifaqının, Avropanın bu yolunu istəyən, ölkəsini və cəmiyyətini demokratikləşdirmək, korrupsiya ilə mübarizə aparmaq və bu ortaq dəyərləri bölüşmək istəyən bütün bölgə və xalqlar üçün açıq olduğunu bildirib.
“Gürcüstan çox mürəkkəb vəziyyətdədir və çətin dövrdən keçir. Rusiyanın müdaxiləsindən bir həftə sonra Gürcüstanda idim. Mən Gürcüstanın problemlərini bilirəm. Ukraynaya qarşı müharibə Gürcüstanın işğalı ilə başladı, ikinci addım Krımın ilhaqı oldu, indi üçüncü addım atıldı, biz bundan dərs götürməliyik. Məhz bu, bizim çağırışımızdır. Bu səbəbdən Ukraynanın təkcə özü üçün deyil, həm də Belarus, Moldova, Gürcüstan və Avropanın digər regionları üçün mübarizə apardığını görməliyik” – deyə Otmar Karas bildirib.