Ötən il Tbilisi Meriyası evsiz statusu olan 56 ailəyə yaşayış sahəsini verdi
Evsizlər proqramı çərçivəsində, Tbilisi Meriyası 56 ailəyə yaşayış sahələrini verdi, – bu barədə Tbilisi meri, Kaxa Kaladze şəhər munisipalitetinin bugünki hökumət iclasında bəyan etdi.
Onun sözlərinə görə, bu günki göstəricilərlə, 378 ailə sahələrlə təmin olunası qalır.
“Bu il 80-ə qədər ailəni sahələrlə təmin etməyi planlaşdırırıq. Evsizlər statusunun alınması ilə bağlı müraciətlər var. bu günki göstəricilərlə, 378 ailə sahələrlə təmin olunası qalır”, – Kaladze bəyan etdi.
Onun dediyinə görə, vətəndaşlar evsiz statusunu almaq üçün Meriyanın müvafiq xidmətlərinə müraciət etməlidirlər.
“Statusu almaq üçün nə lazımdır, bu barədə məlumatı almaq üçün rayon icra hakimiyyətlərinə və ya Tbilisi Meriyasının Səgiyyə və Sosial Xidmətlərinin şəhər xidmətinə müraciət edə bilərsiniz. Prosesə Səhiyyə Nazirliyi də qoşulub”, – Kaladze bəyan etdi.