Ötən gecə Rusiya Ukraynaya müxtəlif tipli 108 dronla hücum edib, Ukrayna da Rusiya istiqamətində zərbələr endirib

14:30, 06.09.2026
Screenshot

Screenshot

Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri və Kiyevə planlaşdırılan səfərləri fonunda, hər iki ölkə liderinin qismən atəşkəs barədə razılığa gəlməsinə baxmayaraq, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir.

Ukrayna mediasının məlumatına görə, sentyabrın 6-da, gecə saatlarında Rusiya Ukraynaya müxtəlif tipli 108 dronla hücum edib. Onların məlumatına görə, hava zərbələri 11 istiqamətdə həyata keçirilib.

Ukrayna mediasının məlumatına görə, son 24 saat ərzində Xerson vilayətində Rusiyanın bombalaması nəticəsində iki nəfər həlak olub, ikisi uşaq olmaqla 20 nəfər yaralanıb. Onların məlumatına görə, Rusiya qüvvələri bölgənin yaşayış məntəqələrinə təyyarələr, dronlar və artilleriyadan istifadə edərək hücum edib.

Ukrayna mediası yazır ki, Rusiya qüvvələri kritik, nəqliyyat və sosial infrastrukturu, həmçinin yaşayış ərazilərini hədəf alıb. Bununla yanaşı, Rusiya ordusu Nikolayev bölgəsində nəqliyyat infrastrukturuna hücum edib, nəticədə avtomobillərdən birinin sürücüsü həlak olub.

Ötən gecə Ukrayna da Rusiya istiqamətində zərbələr endirib. Rusiya mediasının məlumatına görə, Ryazan neft emalı zavoduna dronlarla hücum edilib.

Ryazan vilayətinin qubernatorunun sözlərinə görə, müəssisələrin birində yanğın baş verib. Ukrayna mediası yazır ki, Ryazan neft emalı zavodu “Rosneft” şirkətinin tərkibinə daxildir və Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Onun gücü ildə təxminən 17 milyon ton neft təşkil edir.

Oxşar