Ötən gecə Rusiya Ukraynanın üç vilayətində enerji infrastrukturuna hücumlar həyata keçirib
Ötən gecə Rusiya Ukraynanın üç vilayətində enerji infrastrukturuna hücumlar həyata keçirib

Rusiya gecə saatlarında Ukraynanın üç vilayətində enerji infrastrukturuna hücumlar həyata keçirib. Obyektlərdən birində bir işçi xəsarət alıb. Bu barədə məlumatı Ukraynanın energetika naziri German Qaluşenko yayır.

Onun məlumatına görə, Rusiya qüvvələri Dnepropetrovsk, İvano-Frankovsk və Lvov vilayətlərinin enerji obyektlərinə hücum edib.

Bununla yanaşı, Ukraynanın enerji şirkəti DTEK Rusiyanın gecə saatlarında dörd İES-in avadanlıqlarına ciddi ziyan vurduğunu bildirir. Yaralanan mülki vətəndaşlar var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində işğalçı qüvvələr Ukrayna istiqamətində müxtəlif tipli 34 raket atıb, onlardan 21-ni hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirib.