Ötən gecə Rusiya 23 pilotsuz təyyarə ilə Ukraynaya hücum edib, Ukrayna Hərbi Hava Qüvvələri onlardan 15-ni vurmağa nail olub

11:51, 08.09.2024

Rusiya ötən gecə “Şəhid” tipli 23 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib, Ukrayna Hərbi Hava Qüvvələri onlardan 15-ni vura bilib.

Rusiya Sumı şəhərinə hücum edib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Xəsarət alanlar arasında iki azyaşlı uşaq da var.

Bundan başqa, fərdi evlərə və avtomobillərə ziyan dəyib. Hadisə yerində xilasetmə qrupları hələ də işləyir.

Oxşar