Ötən gecə Odessa Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb
Gecə saatlarında Odessa Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Şəhər Şurasından verilən məlumata görə, çoxmərtəbəli yaşayış binalarına, özəl sektora, inzibati müəssisələrə və nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.
Odessa merinin səlahiyyətlərini icra edən Aleksandr Filatovun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Bundan əlavə, noyabrın 8-də Rusiyanın Sumı vilayətini bombalaması nəticəsində 8 nəfər həlak olub. Rusiya qüvvələri ballistik raketlər, hava bombaları, artilleriya və dronlardan istifadə edib. Yaşayış binasına, fərdi evlərə, ticarət obyektinə ziyan dəyib