Ötən gecə Belorusiyada 700-ə qədər insan həbs edildi
Ötən gecə Belorusiyada 700-ə qədər insan həbs edildi

Keçən gecə Belorusiyada “Qeyri-sanksiyalı kütləvi mitinqdə iştirak etdiklərinə görə” 700 nəfər həbs edildi.

Bu haqda məlumatı Belorusiyanın “Belta” agentliyi Daxili İşlər Nazirliyinə istinadən yayır.

Belorusiyanın Daxili İşlər Nazirliyndə bəyan edirlər ki, avqustun 9-dan 13-nə qədər, ölkədə “qeyri-qanuni hərəkətlər” nəticəsində, 103 hüquqmühafizəçi yaralandı və 28-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, bir neçə gündür Belorusiyada etiraz aksiyaları keçirilir.

Demonstrantlar avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrini etiraz edirlər.

Belorusiya MSK-sı tərəfindən yayılan məlumata görə, qüvvədə olan prezident Aleksandr Lukaşenkoyu seçicilərin 80,23 faizi dəstəklədi, onun əsas rəqibi Svetlana Tsixanovskaya isə, səslərin 9,9 faizini aldı.