Otar Şarikadze - İnvestorlar Gürcüstana inanırlar və ölkəyə beş illik investisiyalar qoymağa hazırdılar
Bu günki reallıq odur ki, investorlar Gürcüstana inanırlar və bu ölkəyə beş illik investisiyalar qoymağa hazırdılar, – bu barədə bəyanatı “Qalt end Taqqart” şirkətinin icraçı direktoru Otar Şarikadze verdi.
O Maliyyə Nazirliyi tərəfindən 500 milyon dollar dəyərindəki avro-bondların buraxılmasını şərhləndirdi, hansıların aşağı faiz dərəcəsi büdcənin 350 milyon dollarını qoruyacaq.
“Bu gün ölkədə mövcud olan şərtlərə görə, belə variant qısa müddətdə imkansız görünürdü, ancaq investorlar bu ölkəyə və belə institusiyalara inanırlar və ölkəmizə beş illik investisiyalar qoymağa hazırdılar. Bu sadəcə büdcə üçün deyil, gələcək emissiyalar üçün də önəmlidir, çünki aşağı dərəcəli faiz gələcəkdə bençmark üçün istifadə olunacaq. Bu avrobondlar da ola bilər. Məncə, Gürcüstan kapitalının hələ də artım potensialı var”, – dedi Otar Şarikadze.